Balaca çoban (film, 1985)

Multiplikasiya filmi evdə ata-anannın qanadı altında tərbiyə edilən uşağın qeyri-müstəqilliyindən bəhs edir. Evdəki passiv həyat uşağı daha da ruhdan salır, fiziki cəhətdən zəiflədir.
Lüzumsuz qadağalar, həddən artıq hamilik uşağın normal inkişafına xələl gətirir. Nəhayət, uşaq babası ilə birgə yaylağa gedir. Dağlarda, saf yaylaq havasında o sərbəstlik əldə edir. Səmərəli və özü üçün maraqlı işlə məşğul olur: az bir müddət ərzində uşaq möhkəmləşir və gördüyü bütün işlərdən zövq alır.
Nəticədə, valideynlərin öz övladlarını həddindən artıq himayə etməsinin əksinə olaraq, uşaqları daha sərbəst böyütmək fikri irəli sürülür. Belə olduqda uşaq daha ayıq baxışlı və sağlam böyümüş olar.


Ssenari müəllifi: Dadaş Mehdi
Rejissor: Əsgər Məmmədov
Operator: Antonina Korotnitskaya
Rəssam: Vaqif Məmmədov
Bəstəkar: Vasif Adıgözəlov

Digər filmlər