Şah və xidmətçi (film, 1976)

Kinolentdə sədaqətli nökər və amansız, qəddar şah haqqında söhbət açılır.
Günlərin birində zalım şah gənc nökərinə hirslənib onu ac-yalavac itlərin qarşısına atır... İtlər nökərin üstünə hücum etsələr də onu tanıyıb çəkilirlər. Məlum olur ki, vaxtilə nökər həmin itlərə qulluq edib, onları yedizdiribmiş. Beləliklə də, itlər oğlanın yaxşılığını yerə vurmur, ona toxunmurlar. Şah isə cavan nökərin ona sədaqətlə qulluq etməsinə baxmayaraq onu öldürtdürmək qərarına gəlir.
Filmdə belə bir fikir irəli sürülür: şərlə mübarizədə xeyir həmişə qalib gəlir.


Əsərin Müəllifi : Nizami Gəncəvi
Ssenari müəllifi : Ədhəm Qulubəyov
Rejissor : Nazim Məmmədov, Bəhmən Əliyev
Quruluşçu rəssam : Məsud Pənahi(Məqsud Pənahi kimi), Elçin Axundov
Operator : Antonina Korotnitskaya
Bəstəkar : Oqtay Rəcəbov

Digər filmlər