Əzablı yollar (film, 1982)

Kinolentin əsasını şən macəravari əhvalat təşkil edir. Film tamaşaçıları xeyirxah olmağa çağırır.
Dövlətlərdən birində divlər ölkəni şər qüvvələrdən qoruyan üç sehrli almanı oğurlayırlar. Həmin almaları axtarıb tapmaq üçün şah(Həsən Məmmədov) oğlanlarının üçünü də uzaq səfərə göndərir. Böyük oğul Şahməmməd(Elşad Qazıyev) əylənmək, şənlənmək həvəskarıdır. Ortancıl Xanməmməd(Viktor Dəmirtaş) acgöz və tənbəldir, kiçik qardaş Məlikməmməd(Ötkəm İsgəndərov) isə romantik və xəyalpərəstdir. Qardaşların yolu uzun, təhlükəli və çətin olur. Amma filmin sonunda onlar hər cür çətinlikləri aradan qaldırır, güclü və xeyirxah olurlar.


Ssenari müəllifi : Oqtay Məmmədov
Quruluşçu rejissor : Tofiq İsmayılov
Quruluşçu operator : Şərif Şərifov, Vladimir Sapojnikov
Quruluşçu rəssam : Elbəy Rzaquliyev, Rafiq Nəsirov
Bəstəkar : Tofiq Quliyev


Ötkəm İsgəndərov- Məlikməmməd
Elşad Qazıyev- Şahməmməd
Viktor Dəmirtaş- Xanməmməd
Sonaxanım Əliyeva- Pərizad
Həmidə Ömərova- Nurzad
Leyla Manafova- Gülşad
Həsən Məmmədov- Padşah
Məmmədrza Şeyxzamanov- Nağılçı
Həşim Qadoyev- Qarayel
Rafiq Kərimov-Kosa
Eldəniz Zeynalov- Böyük div
Səyavuş Aslan- Ortancıl div
Yaşar Nuri- Kiçik div
Ə. Əliyev
Ömür Nağıyev
Mayak Kərimov
R. İsrafilov
Vəliəhd Vəliyev
L. Bobrikov
N. Aslanova
K. Vəliyeva
V. Nəbiyev
N. Kərimova

Digər filmlər