Bir qalanın sirri (film, 1959)

Bir qalanın sirri (film, 1959)

Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Alim-həkim Eldostu (Məmmədrza Şeyxzamanov), onun sədaqətli və sevimli şagirdi Mətanət (Tamara Kokova), igid və cəsur gənc usta Elşən (Gündüz Abbasov), Kamran baba (Əli Qurbanov) bu mübarizənin önündə gedirlər.[

Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir

Rejissor: Əlisəttar Atakişiyev
Əsərin müəllifi: Məmmədhüseyn Təhmasib
Ssenari müəllifi: Məmmədhüseyn Təhmasib
Operator: Arif Nərimanbəyov, Mirzə Mustafayev
Rəssam: Nadir Zeynalov
Bəstəkar: Rauf Hacıyev

Rollarda: Gündüz Abbasov, Tamara Kokova,Məmmədrza Şeyxzamanov, Əli Qurbanov, Andrey Fayt, Əli Zeynalov

Janr: macəra, fantaziya, uşaq
İlk baxış tarixi: 18 sentyabr 1960
Dil: azərbaycanca
Ölkə: Azərbaycan SSR
İstehsalçı qurum: "Azərbaycanfilm" Kinostudiyası
Filmin növü: tammetrajlı bədii film
Rəng: rəngli
Vaxt: 76 dəq.
İl: 1959

Digər filmlər