Günlərin bir günündə... (film, 1975)

Film belə başlayır: Göydən bir ulduz düşdü. Acgöz sərçə qapdı onu. Özü parlaq olsun deyə... Lakin sərçə onu itirir. Sonra ulduzu balıq, qurbağa, ayı tapır, amma o heç kəsdə qalmır. Onlar hamısı parlaq ulduz olmaq istəyir. Lakin onlar ulduza sahib ola bilmirlər. İşıqsaçan ulduz heyvanların əlindən qurtulub hamıya işıq saçmaq üçün yenidən səmaya qalxır... Ulduz göylərə uçdu. Hamıya-hamıya şölə saçsın deyə...


Ssenari müəllifi : Kamal Aslanov, Məsud Pənahi
Quruluşçu rejissor : Məsud Pənahi
Quruluşçu rəssam : Məsud Pənahi
Operator : Antonina Korotnitskaya
Bəstəkar : Xəyyam Mirzəzadə

Digər filmlər